Gəncədə 2 avtomobil toqquşub, xəsarət alan var
Qəzalar 11 Fevral 2019 10:42 226 dəfə oxunub
Gəncədə 2 avtomobil toqquşub, xəsarət alan var
Qəzanın baş vermə səbəbləri araşdırılır

Gəncə şəhərində xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. "VAZ-21015" markalı avtomobillə "Reno" markalı avtomobilin toqquşması nəticəsində "VAZ-21015" markalı avtomobilin sürücüsü Ceyhun Abbasov xəsarət alıb. Digər avtomobilin sürücüsü Nihat Məmmədov isə ciddi xəsarət almadığından xəstəxanaya müraciət etməyib. Qəzanın baş vermə səbəbləri araşdırılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh