Əvvəllər məhkum olunan şəxsdən narkotik vasitə götürülüb - Xaçmazda
Gündəm 11 Fevral 2019 11:28 115 dəfə oxunub
Əvvəllər məhkum olunan şəxsdən narkotik vasitə götürülüb - Xaçmazda
Faktla bağlı cinayət işi başlanılıb

Xaçmaz rayonunda əvvəllər məhkum olunan şəxsdən narkotik vasitə götürülüb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumatda bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında əvvəllər məhkum olunan S.Əliyevin Xaçmaz şəhərində yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 150,316 qram heroin, 1 kiloqram 85 qram marixuana və 51,403 qram metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq və əməliyyat tədbirləri aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh