Sürücü avtomobili insanların üzərinə sürdü: 10 yaralı
Gündəm 11 Fevral 2019 11:59 150 dəfə oxunub
Sürücü avtomobili insanların üzərinə sürdü: 10 yaralı
Daha 3 avtomobil də ziyan çəkib

ABŞ-ın Kaliforniya ştatında sürücü avtomobili insanların üzərinə sürüb. Avtosfer.az-ın Trend-ə istnadən məlumatına görə, hadisə nəticəsində azı 10 nəfər xəsarət alıb. Qeyd olunur ki, “Toyota” markalı avtomobil insanları vurduqdan ağaca çırpılıb. Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Bundan başqa, daha 3 avtomobil də ziyan çəkib. Araşdırma nəticəsində məlum olub ki, 22 yaşlı sürücü avtomobili narkotik vasitələrin təsiri altında idarə edib. Sürücü polis tərəfindən saxlanılıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh