Yol polisi sınaq imtahanlarında uşaqları belə qorudu – DYP-dan açıqlama

Yol polisi 12 Fevral 2019 10:27 Oxunub 1397
Yol polisi sınaq imtahanlarında uşaqları belə qorudu – DYP-dan açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İmtahan zamanı hər hansı yol-nəqliyyat hadisəsi baş verməyib

Bazar günü respublika üzrə keçirilən sınaq imtahanlarında şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə yol polisi gücləndirilmiş iş rejimində çalışıb. Belə ki, Dövlət İmtahan Mərkəzinin  Daxili İşlər Nazirliyinə rəsmi müraciətindən sonra Yol Patrul Xidmətinin əməkdaşları  şagridlərin avtobus, mikroavtobus və digər nəqliyyat vasitələrilə  imtahan məntəqələrinə təhlükəsiz çatdırılmasını təmin ediblər. Bu barədə Avtosfer.az –a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, təxminən 6 minə yaxın şagirdin  təhlükəsizliyi bu qaydada qorunub. 

Avtosfer.az xəbər verir ki, həmin gün xüsusilə Şəki şəhərində imtahanlara gedən 6 nəqliyyat vasitəsindən ibarət karvan Yol Patrul Xidməti Alayının 5-ci tağımı tərəfindən müşayət olunub. Şagirdlər Oğuz rayonu ərazisindən Şəki şəhərinə aparılıb və daha sonra təhlükəsiz şəkildə geriyə qaytarılıb. Qeyd edək ki, analoji tədbirlər gələcəkdə də davam etdiriləcək.

Respublika ərazisində imtahan zamanı hər hansı yol-nəqliyyat hadisəsi baş verməyib.

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh