Maşınla əks yola girən qadın qəzaya səbəb oldu: 10 yaralı - FOTO
Qəzalar 11 Fevral 2019 15:08 509 dəfə oxunub
Maşınla əks yola girən qadın qəzaya səbəb oldu: 10 yaralı - FOTO
Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib

Türkiyənin Kayseri vilayətində yolun əks istiqamətinə daxil olan qadın sürücü idarə etdiyi avtomobillə qarşıdan gələn maşınla toqquşub. Avtosfer.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, qəza nəticəsində 10 nəfər xəsarət alıb. Hadisə yerinə çox sayda tibb və polis əməkdaşları cəlb olunub. Yaralılar təcili tibbi yardım maşınları ilə ərazidə yerləşən xəstəxanalara aparılıblar.

Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh