Bakıda soyğunçuluq və oğurluqlar edən Tərtər sakini saxlanılıb
Gündəm 11 Fevral 2019 15:50 168 dəfə oxunub
Bakıda soyğunçuluq və oğurluqlar edən Tərtər sakini saxlanılıb
Faktla bağlı 18-ci Polis Şöbəsində toplanan materiallar Nərimmanov RPİ-nə göndərilib

Nərimanov rayonunda paytaxt sakini Şahin Mikayılova zor tətəbiq edilərək mobil telefonunu və 183 manat pulunu əlindən alan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, zərərçəkən bu barədə ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə məlumat verib. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Tərtər rayon sakini Amil Məmmədov saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib.

Saxlanılan şəxsin ətrafında keçirilən əlavə tədbirlərlə onun Binəqədi rayonu ərazisində də oğurluq etdiyinə görə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğu müəyyən edilib. Həmçinin A.Məmmədovun Nərimananov rayonunda daha bir mobil telefonunu dələduzluq yolu ilə ələ keçirdiyi də məlum olub.

Faktla bağlı 18-ci Polis Şöbəsində toplanan materiallar Nərimmanov RPİ-nə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-cı Polis Şöbəsinə müraciət edə bilərlər.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh