Bakının daha bir «mədəni» sürücüsü - VİDEO

Xəbərlər 6 Mart 2015 23:26 Oxunub 6638
Bakının daha bir «mədəni» sürücüsü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Traktora yol verdiyi üçün qarşıdakı maşının sürücüsünü təhqir edən «ağıllı sürücü» «mədəniyyət» nümayiş etdirir

Avtosfer.az-ın daimi oxucusu Əhəd Məmmədov saytımıza maraqlı bir video göndərib. Video sürücü mədəniyyətinə və ya mədəniyyətsizliyinə aiddir. Əhəd Məmmədov bildirir ki, fevralın 28-də Dilarə Əliyeva küçəsində hərəkətdə olarkən təmir olunan yolda işləyən traktora yol verib. Bu zaman arxadan hərəkət edən «Honda» markalı, 90 SV 827 dövlət nömrə nişanlı avtomobilin sürücüsü onu təhqir edib. Səbəb isə bu olub ki, Ə.Məmmədov traktora yol verib: «Mən elə bilirdim ki, sadəcə yol verməyəndə söyülürsən. Sən demə, kiməsə yol verəndə də söyülürsən, nədi-nədi 3-4 dəqiqə traktora yol verdim, gözlətdim... Belələrini ictimai qınağa cəlb etmək lazımdır! Bu videokadrdan 2-3 dəqiqə öncə traktor üçün yolu dayandırdılar, məndən öndəkilər yol vermədi, mən dayanıb yol verdim. Bu da mənim arxamdaydı, mənə əsəbləşdi ki, niyə yol verdin, çəkil mən keçim».

Videodan da aydın olur ki, «Honda»nın sürücüsü Əhəd Məmmədovu təhqir edir. Ona bildirir ki, traktora yol verdiyi üçün arxadakı maşınların sürücüləri onu söyürlər. Amma videdan görünür ki, yolda təmir gedir və traktor da elə bir yerdədir ki, ona yol verməmək qəzaya səbəb ola bilər. Görünür, «Honda»nın sürücüsü özünü başqalarından daha üstün tutur və ya daha ağıllı hesab edir…

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Zahir 10 Noyabr 2014 22:55
Təəsüf ki, şəhərimiz belə tərbiyəsiz sürücülərlə doludur.Belələri ilə hamımız birlikdə mübarizə aparmalıyıq.
Ruslan 10 Noyabr 2014 22:55
indi o aksentnen danishanin surucunun hansi surucu medeniyyetine sahib oldugunu hami bildimedeniyyeti hamiya m