Çində “5G” ilə işləyən sürücüsüz avtobuslar sınaqdan keçirilib

Texnologiya 11 Fevral 2019 22:24 Oxunub 1398
Çində “5G” ilə işləyən sürücüsüz avtobuslar sınaqdan keçirilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda dünyada sürücüsüz nəqliyyat istehsalı ilə məşğul olan bir neçə şirkət mövcuddur

Çinin Chongqing şəhərində “5G” şəbəkəsi ilə işləyən sürücüsüz sərnişin avtobusları sınaqdan keçirilib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, "China Mobile", "Huawei", "EasyMile" şirkətləri və Çinin Cənub-Şərq Universitetinin alimləri tərəfindən hazırlanmış sürücüsüz avtobus hələ ki, 12 sərnişin üçün nəzərdə tutulub. Avtobus Çinin ictimai yollarında saatda 20 kilometrədək sürətlə hərəkət edə bilər.

Avtobus lidarlardan istifadə edir, “5G” protokolu vasitəsilə nəzarət məntəqəsi ilə ani məlumat mübadiləsi həyata keçirir və sürücüsüz hərəkət edir. Yeni avtobusların texniki xüsusiyyətləri hələ ki, açıqlanmır. Hazırda dünyada sürücüsüz nəqliyyat istehsalı ilə məşğul olan bir neçə şirkət mövcuddur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh