Bugatti Cenevrəyə unikal hiperkar gətirəcək

Avtodünya 12 Fevral 2019 12:14 Oxunub 1269
Bugatti Cenevrəyə unikal hiperkar gətirəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bugatti markasının 110 illik yubileyi çərçivəsində

Bugatti şirkəti Cenevrə avtosalonunda yenganə nüsxədə inşa edilmiş hiperkarı nümayiş etdirəcəkdir. 16 milyon avro qiymətə malik olacaq unikal hiperkarın Ferdinand Porşenin nəvəsi Ferdinand Pix sifarişi ilə inşa edildiyi söylənilir. Xatırladaq ki, Pix 25 il Volkswagen konserninə başçılıq edib və Veyron modelinin baş ideoloqu olub.

The SupercarBlog saytının verdiyi məlumata əsasən, Bugatti markasının 110 illik yubileyi çərçivəsində buraxılacaq unikal hiperkar Bugatti Chiron Sport modelinin bazasında inşa ediləcək və orijinal kuzova malik olacaqdır. Texniki cəhətdən avtomobil dəyişilməz qalacaqdır.

 

Bugatti Chiron Sport 1500 at qüvvəsi və 1600 Nm fırlanma anı hasil edən 8,0-litrlik W16 mühərriki ilə təchiz edilir. Hiperkar 100 km/saat həddini 2,4 saniyəyə toplayır. 300 km/saat həddini toplamağa 13,1 saniyə gərəkdir. Avtomobilin maksimal sürəti 420 km/saatdır.

Yeni Bugatti dünyanın ən bahalı avtomobili ola bilər O, unikal Pagani Zonda HP Barchetta modelindən bir milyon, yeganə nüsxədə olan Rolls-Royce Sweptail kupesindən isə 4,8 milyon baha olacaqdır. (Autograph)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh