“Toro Rosso” yeni avtomobilini təqdim edib - FOTO

Yarışma 13 Fevral 2019 07:56 Oxunub 4153
“Toro Rosso” yeni avtomobilini təqdim edib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
D.Kvyat 2018-ci il mövsümünü buraxdıqdan sonra yenidən Formula 1-ə qayıdır

İtaliyanın Formula 1 komandası - "Toro Rosso" 2019-cu il mövsümündə istifadə edəcəyi yeni avtomobilini "STR14" indeksi ilə təqdim edib. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, "Honda" güc qurğusu ilə təchiz edilmiş bolid onlayn-rejimdə təqdim olunub. "Toro Rosso" aerodinamik boruda yerləşən yeni maşının qısa videoçarxını nümayiş etdirib. 2019-cu ildə "Toro Rosso"nu rusiyalı Daniil Kvyat və tailandlı Aleksander Albon təmsil edəcəklər. D.Kvyat 2018-ci il mövsümünü buraxdıqdan sonra yenidən Formula 1-ə qayıdır. A.Albon isə "Formula -2" monoseriyasında çıxışlardan sonra ilk dəfə dünya çempionatına qatılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh