İşıqforda “nazlanan” sürücülər - Onlar niyə belə edirlər?

Yazarlar 13 Fevral 2019 11:17 Oxunub 1396
İşıqforda “nazlanan” sürücülər - Onlar niyə belə edirlər?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər belə sürücü 3 avtomobili gözləməyə məcbur etsə tıxacın ucu-bucağı görünməz

Adətən sürücülərə yollara tələsməmək tövsiyə olunur. Amma bəzi məqamlar var ki, orda xalq dilində desən “yeyin” olmaq lazımdır. Təəssüf ki, sürücülərin bəziləri ancaq özlərini düşündüyü üçün 15 saniyə yanan işıqforu elə 15 saniyəyə keçir. Amma işıqforu keçən kimi ayağını qaza qoyur. Çox zaman isə buna səbəb sükan arxasında telefonla danışmaqdır. İşıqfora çatanda onsuz da vaxtım var deyərək sürücü kiməsə zəng edir. Başı telefona qarışır və işıqfordan çox gec keçir. Bu isə digər sürücülərin gözləməsinə səbəb olur. 15 saniyə yanan işıqfordan normalda 5 avtomobil keçə bilərdisə, bu “nazlanan” sürücülərin ucbatından cəmi 1-2 avtomobil keçir. Nəticə isə tıxac yaranır. Hər belə sürücü 3 avtomobili gözləməyə məcbur etsə tıxacın ucu-bucağı görünməz.

Təbii ki, buna qarşı qanunvericilikdə hər hansı cəza tədbiri yoxdur. Burada ancaq sürücü məsuliyyəti önə çıxır. Gərək sürücülər yollarda hər bir vəziyyətə uyğun hərəkət etsinlər ki, digərləri də əziyyət çəkməsin.

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh