Aeroportda qadının yükündən qanunsuz xəz geyimləri aşkarlanıb - FOTO

Gündəm 13 Fevral 2019 23:44 Oxunub 1159
Aeroportda qadının yükündən qanunsuz xəz geyimləri aşkarlanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinın əməkdaşları külli miqdarda malları ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. Avtosfer.az bu barədə DGK-ya istinadən xəbər verir.

Məlumata görə,  Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus boz rəngli çanta Heydər Əliyev Beynəlxalq Aeroportunun T1 terminalının baqaj bunkerində quraşdırılmış rentgen qurğusundan keçirilən zaman monitorda çoxsaylı geyim əşyalarının təsvirləri əks olunub. Lakin vətəndaş gömrük nəzarəti zonasına daxil olarkən müəyyən edilən həddən artıqmalları gömrük nəzarətinə elektron və ya yazılı formada bəyan etmədiyi halda"Yaşıl kanal" buraxılış sistemindən istifadə etməkləhəmin malları keçirmək istəyib. Bundan sonra o, gömrükçülər tərəfindən saxlanılaraq yoxlama məqsədi ilə"Qırmızı kanal"a yönləndirilib.Gömrük baxışı zamanı vətəndaşa məxsus çantada gömrük nəzarətinə bəyan edilməyən 13 ədəd qadın xəz geyimləri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh