Binəqədi yol polisi 100 nömrəli məktəbdə 100 şagirdə hədiyyə verdi - FOTO - VİDEO

Yol polisi 13 Fevral 2019 14:07 Oxunub 7584
Binəqədi yol polisi 100 nömrəli məktəbdə 100 şagirdə hədiyyə verdi - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Digər məktəblərdə də analoji tədbirlər davam etdiriləcək

Bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin təşkilatçılığı ilə 100 nömrəli orta məktəbdə 100 şagirdin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə 1 saylı Məktəbdənkənar Tərbiyə işi Mərkəzinin müəllimi Fəridə Süleymanova yol hərəkəti qaydalarını üzrə maarifləndirici çıxış edərək uşaqlara məlumat verib, onların izahını diqqətə çatdırıb.

Eyni zamanda tədbirdə çıxış edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai Əlaqələr Bölməsinin əməkdaşı, polis polkovnik-leytenantı Rasim Abdullayev bildirib ki, Yol Hərəkəti Təhlükəsizliyinə dair Dövlət Proqramının icrası ilə bağlı bağlı yol polisi üzərinə düşən vəzifələrin icrasına başlayıb. Bu proqram çərçivəsində uşaq avtoşəhərciklərinin yaradılması, eləcə də uşaqların maarifləndirilməsi nəzərdə tutulur. R. Abdullayev diqqətə çatdırıb ki, yol nəqliyyat hadisələri zamanı uşaqların xəsarət alması, həlak olması Dövlət Yol Polisi İdarəsinin rəhbərliyini ciddi narahat edir və qarşıda duran əsas məqsədlərdən biri də yol nəqliyyat hadisələri zamanı uşaqların zərər çəkməsinin minimuma endirilməsidir. Bu baxımdan Dövlət Proqramının icrası ilə bağlı mühüm məsələlər müzakirə olunub və qərarlar qəbul edilib. R. Abdullayev bildirib ki, yol polisinin uşaqlar arasında maarifləndirmə işləri aparmasında əsas məqsəd onları yol qəzalarından qorumaqdır. 


Məktəbin direktoru Gülnarə Məmmədova bildirib ki, yol polisi ilə məktəb arasında çox sıx əməkdaşlıq var və aparılan təbliğat işləri uşaqların yol hərəkəti qaydalarını öyrənməsi və əməl etməsində böyük rol oynayır. 


Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Mərdan Əliyev diqqətə çatdırıb ki, uşaqların piyada keçidlərindən istifadə etməsi geniş şəkildə təbliğ edilməlidir. Yol polisi bu istiqamətdə geniş işlər görür. Binəqədi rayon ərazisində uşaqların avtomobillə vurulması halları xeyli azalıb. Mərdan Əliyev onu da bildirib ki, uşaqlar yol hərəkəti qaydalarını öyrəndikcə onlar böyüklər arasında da təbliğatçı funksiyasını yerinə yetirir. Polis mayoru uşaqlara deyib ki, yolda gördükləri hər hansı neqativ hal barədə dərhal polisə məlumat versinlər və polisdən kömək istəsinlər. Çünki Azərbaycan polisi 24 saat vətəndaşların yanındadır. Mərdan Əliyev deyib ki, rayon ərazisində 32 məktəb var və artıq bir neçəsində bu cür tədbirlər keçirilib. Dərs ilinin sonuna qədər digər məktəblərdə də analoji tədbirlər davam etdiriləcək.


Tədbirdə uşaqların suallari cavablandırıb və fəal olanlara hədiyyələr paylanılıb. Ümumilikdə Binəqədi rayon Yol Polisi Şöbəsi tədbirdə iştirak edən uşaqlara hədiyyələr təqdim edib.

Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh