“Gül kələmi”nin içərisində külli miqdarda xarici valyuta aparan şəxsə hökm oxunub

Gündəm 13 Fevral 2019 23:35 Oxunub 811
“Gül kələmi”nin içərisində külli miqdarda xarici valyuta aparan şəxsə hökm oxunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin gökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayət Məhkəməsində qaçaqmalçılıq yolu ilə Azərbaycandan külli miqdarda xarici valyuta çıxarmaqda təqsirləndirilən Karanaev Nurmaqomed Maqomedtaqiroviçin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report" istinadən xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin gökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, İran İslam Respublikasından gələrək Azərbaycandan tranzit keçməklə Rusiya Federasiyasına “Gül kələmi” yükü aparan Rusiya Federasiyası vətəndaşı Karanaev Nurmaqomed Maqomedtaqiroviçin idarə etdiyi “Volvo FN 12” markalı E900XX05/AH264639 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin kabinindəki qəhvəyi rəngli çantanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən 4200 ədəd 5000-lik, 8953 ədəd 1000-lik və 54 ədəd 500-lük əskinaslardan ibarət ümumilikdə 29 milyon 980 min Rus rublu aşkar edilib. Həbs edilən N.Karanaevin barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh