Marsa gediş-gəliş biletlərinin qiyməti açıqlandı

Texnologiya 13 Fevral 2019 23:04 Oxunub 1619
Marsa gediş-gəliş biletlərinin qiyməti açıqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, özünün Marsa köçmək ehtimalının 70 faiz oluduğunu bildirib

Dünyanın aparıcı texnologiya şirkətlərindən olan “SpaceX”ın qurucusu və sahibi Elon Mask Marsa gediş-gəliş biletlərinin qiymətini açıqlayıb. Avtosfer.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, sosial mediada açıqlama verən şirkət rəhbəri biletlərin 500 min dollar olacağını bildirib. Onun sözlərinə görə, gələcəkdə bu qiymət 100 min dollara qədər enə bilər. İnsanların evlərini sataraq Marsa gedəcəyini bildirən Mask dönüş biletinin pulsuz olacağını bildirib. O, özünün Marsa köçmək ehtimalının 70 faiz oluduğunu bildirib. Qeyd edək ki, Elon Maskın kosmik şirkəti “SpaceX” Marsa səyahət üçün yüksək texnologiyalı raketlər hazırlayır. O, bir müddət əvvəl Böyük Falkon Raketinin (BFR) son dizayın məlumatlarını paylaşmışdı. 2023-cü ildə ilk dəfə kosmosa göndəriləcək BFR indiyədək görünməmiş böyüklüyə və tutuma malikdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh