"Mercedes" və "Red Bull" yeni bolidlərini təqdim edib - FOTO

Yarışma 13 Fevral 2019 22:55 Oxunub 1427
"Mercedes" və "Red Bull" yeni bolidlərini təqdim edib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daha əvvəl "Renault" da yeni bolidini təqdim edib

“Formula 1” üzrə dünya çempionatında iştirak edən Almaniyanın "Mercedes" və Avsrtiyanın “Red Bull” komandaları yeni bolidlərini təqdim edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hər iki kollektiv 2019-cu il mövsümündə yeni görünüşlü maşınla mübarizə aparacaq. "Mercedes" gümüşü rəngli W10 indeksli bolidini "Silverstoun" avtodromunda nümayiş etdirib. Komandada 5 qat dünya çempionu Luis Hemilton və Valtteri Bottas yer alacaq. “Red Bull”un yeni bolidinin rənglərində dəyişiklik olub. Maşını tünd göy və qırmızı rənglər əhatə edib.  Növbəti mövsümdə "Red Bull" ilk dəfə olaraq "Honda" mühərriklərindən istifadə edəcək. Bolidləri Maks Ferstappen və Pyer Qasli idarə edəcək. Daha əvvəl "Renault" da yeni bolidini təqdim edib.
Qeyd edək ki, 21 mərhələdən ibarət “Formula 1” üzrə 2019-ci il dünya çempionatı Avstraliyanın Melburn şəhərindəki “Albert Park” trasında 15 - 17 martda olacaq. Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran Prisi 26 - 28 apreldə keçiriləcək.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh