“Khazar” zavodunun Ukraynaya ixrac edəcəyi avtomobillərin markası açıqlanıb

Avtoxəbər 13 Fevral 2019 22:32 Oxunub 1352
“Khazar” zavodunun Ukraynaya ixrac edəcəyi avtomobillərin markası açıqlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Keyfiyyət amili bu avtomobillərə marağın artmasına səbəb olub

“Khazar” zavodu “Dena” markalı avtomobilləri Ukraynaya ixrac edəcək. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə “Iran Khodro” şirkətinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Səbinə Nubar deyib. O bildirib ki, bu ildən Neftçaladakı “Khazar” zavodunda istehsal edilən “Dena” markalı avtomobillər Ukraynaya ixrac olunacaq: “Bu avtomobillərə Belarusda da maraq var. İlin sonunadək Belarusda satış mərkəzinin açılması nəzərdə tutulur”.

S.Nubarın sözlərinə görə, “Khazar” zavodunun avtomobilləri keyfiyyətinə və rahatlığına görə Avropa ölkələrində istehsal edilən avtomobillərdən geri qalmır. Keyfiyyət amili bu avtomobillərə marağın artmasına səbəb olub.

Qeyd edək ki, “Azərmaş” ASC İranın “Iran Khodro” şirkəti ilə birgə “Khazar” zavodunda avtomobil istehsal edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh