Polis generalını qətlə yetirən 3 nəfər edam edilib

Gündəm 13 Fevral 2019 21:21 Oxunub 973
Polis generalını qətlə yetirən 3 nəfər edam edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkumların vəkilləri hüquq müdafiəçilərinin məlumatını təsdiq ediblər

Misirdə 2013-cü ildə yüksək rütbəli polis zabitini qətlə yetirmiş və məhkəmə tərəfindən edam cəzasına məhkum edilmiş 3 nəfər barəsində ölüm hökmü icra olunub. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Misirin hüquq müdafiəçilərinin məlumatına görə, beş il əvvəl polis general-mayoru Nabil Fərraqa qarşı sui-qəsd həyata keçirən Məhəmməd Fəraq, Məhəmməd Hemeyda və Salah Həsən adlı qatillər fevralın 13-də edam ediliblər.

2018-ci ilin yanvarında Misirin Apellyasiya Məhkəməsi də məhkumların vəkillərinin kassasiya şikayətinə baxaraq onların barəsində ölüm hökmünü qüvvədə saxlayıb. Məhkəmə sui-qəsddə iştirak edən və əvvəlki məhkəmə qərarı ilə edam cəzasına məhkum olunmuş digər dörd müttəhimi isə ömürlük həbs cəzasına məhkum edib. Daha 5 nəfərə 10 il müddətinə həbs cəzası verilib, bir nəfər bəraət alıb.

Misirin Daxili İşlər Nazirliyi rəsmi bəyanatla çıxış etməsə də, məhkumların vəkilləri hüquq müdafiəçilərinin məlumatını təsdiq ediblər.

2013-cü ilin sentyabrında paytaxt Qahirənin qərbində cinayətkarlara qarşı həyata keçirilən əməliyyat zamanı polis general-mayoru Nabil Fərraq öldürülüb və daha doqquz polis nəfəri və bir hərbçi yaralanıb. Qahirənin cinayət məhkəməsi cinayətkarların 12-si barəsində ölüm hökmü çıxarmışdı, lakin Apellyasiya Məhkəməsi onlardan doqquzunu ömürlük həbs cəzasına məhkum edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh