Lotereyada on milyon funt-sterlinq udmuş insan dilənçi vəziyyətinə düşüb

Gündəm 14 Fevral 2019 23:43 Oxunub 934
Lotereyada on milyon funt-sterlinq udmuş insan dilənçi vəziyyətinə düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda Kerroll çörək pulunu ağır zəhmətlə qazanır

2002-ci ildə lotereyada on milyon funt-sterlinq udmuş Böyük Britaniya sakini Maykl Kerroll 10 ildə bütün pulu xərcləyərək dilənçi vəziyyətinə düşüb. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, Britaniyanın "The Sun" nəşrinin yaydığı məlumata görə, Maykl udduğu pulu alandan sonra böyük imarətdə daim hay-küylü məclislər qurub. "Mənim on milyonum on ilə əriyib yox oldu. Mənim artıq nə evim var, nə də maşınım. Lakin mən kədərlənmirəm. Yüngül qazanc yüngül də xərclənər", - deyə o bildirib. Hazırda Kerroll çörək pulunu ağır zəhmətlə qazanır: odun yarır və kömür kisələri daşıyır. Dediyinə görə, bundan əsl zövq alır: "Həyat puldan ibarət deyil. Qəribə səslənsə də, mən işə döndüyüm vaxt xoşbəxt olduğum qədər heç zaman xoşbəxt olmamışam".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh