Sığorta şirkəti fermerdən canavarın yediyi inəyin sümüyünü istədi

Gündəm 14 Fevral 2019 23:35 Oxunub 873
Sığorta şirkəti fermerdən canavarın yediyi inəyin sümüyünü istədi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tapdığı sümükləri şirkətə təqdim etsə də...

Gürcüstanda sığorta şirkəti fermerdən canavarın parçaladığı inəyin sümüklərini istəyib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, “Georgia Online” portalının məlumatına görə, inək sığortalandığı üçün sahibi baş vermiş hadisə ilə əlaqədar “Aldaqi” sığorta şirkətindən kompensasiya istəyib. Şirkət nümayəndəsi isə inəyin sümüklərinin 70 faizinin təqdim olunacağı halda pulun ödəniləcəyini bildirib. Əlacsız qalan fermer iki gün ərzində meşədə inəyin sümüklərini axtarıb. Tapdığı sümükləri şirkətə təqdim etsə də, pulu ödəyəcək bank müqavilə müddətinin bitdiyini əsas gətirərək vəsaiti ödəməkdən imtina edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh