“Ford Motors” İngiltərədəki istehsalını başqa ölkəyə daşıyır

Gündəm 14 Fevral 2019 23:24 Oxunub 790
“Ford Motors” İngiltərədəki istehsalını başqa ölkəyə daşıyır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nümayəndə başqa alternativ fabrikləri nəzərdən keçirdiklərini bildirib

“Ford Motors” İngiltərədəki istehsalını başqa ölkəyə daşıyacağını açıqlayıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, “Ford Motors”un rəsmi nümayəndəsi Baş nazir Tereza Meylə telefon danışığı zamanı İngiltərədən başqa alternativ fabrikləri nəzərdən keçirdiklərini bildirib. İngiltərədə iki fabriki fəaliyyət göstərən “Ford” şirkəti əgər bu ölkə “Brexit” razılaşması olmadan Avropa İttifaqından ayrılarsa 1 milyard dollar zərərlə üzləşəcəyini bildirmişdi.

Qeyd edək ki, “Nissan Motors” şirkəti də “Brexit” mövzusundakı naməlum vəziyyətə görə İngiltərədə yeni bir model istehsal etmək planından imtina etdiyini açıqlamışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh