Anasını və qardaşını evlə birgə yandırdı... - Bakıda dəhşətli olayın sonu

Gündəm 14 Fevral 2019 08:45 Oxunub 879
Anasını və qardaşını evlə birgə yandırdı... - Bakıda dəhşətli olayın sonu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin növbəti iclası fevralın 20-nə təyin edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində anasını və qardaşını yandırmaqda təqsirləndirilən Vitali Kolosovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Avtosfer.az Trend-ə istinadən bildirir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Dövlət ittihamçısı V.Kolosovun 19 il azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası fevralın 20-nə təyin edilib. İttihama görə, ötən il iyunun 22-də gecə saat 00:55-də Bakının Xəzər rayonunda, Dəmiryol küçəsindəki 4 nömrəli evdə yanğın qeydə alınıb. Yanğın nəticəsində 1959-cu il təvəllüdlü Soloveykina Nina İvanovna və onun 16 yaşlı oğlu Soloveykin Vadim Vladimiroviç müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onların hər ikisi Respublika Yanıq Mərkəzinə aparılıb. Lakin iyunun 24-də V.Soloveykin aldığı ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib. Araşdırmalar zamanı məlum olub ki, Soloveykin ailənin böyük oğlu, 1993-cü il təvəllüdlü Kolosov Vitali Vladimiroviç doğmaları yatarkən evin hər tərəfinə benzin tökərək od vurub. Məlumata görə, V.Kolosov psixi çatışmazlıqdan əziyyət çəkir və o, psixiatrik xəstəxanada qeydiyyatdadır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh