Ermənilər İrəvan-Tiflis dəmiryolunu bağladılar

Gündəm 14 Fevral 2019 07:09 Oxunub 575
Ermənilər İrəvan-Tiflis dəmiryolunu bağladılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bu gün Alaverdidə  vəziyyət  həddən artıq dəhşətlidir”

Ermənistanın Alaverdi misəritmə kombinatının əməkdaşları sosial-iqtisadi vəziyyətə etiraz olaraq İrəvan-Tiflis dəmiryolunu bağlayıblar. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, Alaverdi misəritmə kombinatının 300-dən artıq işçisi fevralın 13-də  səhər saatlarından etibarən İrəvan-Tiflis dəmiryolunu bağlayıblar. Etiraz aksiyasının iştirakçıları adından çıxış edən  Armen Kirakosyan tələblərini irəli sürərək deyib ki, məqsədimiz zavod rəhbərliyi, hökumət nümayəndələri, bank və kombinata xidmət edən qurumla görüşməkdir. Onun sözlərinə görə, onlarla Alaverdi şəhərinin sakinləri də aksiyaya qoşulublar. “Kombinatda yaranan vəziyyət şəhər  əhalisinə öz mənfi təsirini göstərir. Şəhərdə ciddi sosial problemlər yaranıb. Oğruluq baş alıb gedir. Bu gün Alaverdidə  vəziyyət  həddən artıq dəhşətlidir”, - A. Kirakosyan bildirib.

Aksiya davam edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh