Astarada keçmiş məhkumun üzərindən tapança aşkarlanıb

Gündəm 14 Fevral 2019 11:02 Oxunub 608
Astarada keçmiş məhkumun üzərindən tapança aşkarlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanılıb

Astara rayonunda keçmiş məhkumdan tapança aşkarlanaraq götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş B.Əlizadə saxlanılıb.

Axtarış zamanı ondan narkotik vasitə olan heroin, “Makarov” markalı tapança, patron darağı və 6 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh