Nazirliyin keçmiş vəzifəli əməkdaşına şərti cəza verilib

Gündəm 14 Fevral 2019 11:07 Oxunub 753
Nazirliyin keçmiş vəzifəli əməkdaşına şərti cəza verilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən Qəbələ Telekommunikasiya Qovşağının sabiq rəisi Şahin Tağıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Ş.Tağıyevə şərti cəza verilib.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin apardığı yoxlamalar zamanı Qəbələ Telekommunikasiya Qovşağında pozuntular ortaya çıxıb.

Rəsmi ittihama görə, qovşağın rəisi Ş.Tağıyevin 161 min manat mənimsədiyi məlum olub.

Ona Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə məlum olub ki, Ş.Tağıyev dəymiş zərəri ödəyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh