Metronun “İçərişəhər” stansiyasında qatarların hərəkətində problem yaranıb

Gündəm 14 Fevral 2019 11:05 Oxunub 472
Metronun “İçərişəhər” stansiyasında qatarların hərəkətində problem yaranıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Hazırda qatarlar 2 dəqiqə intervalla hərəkət edir”

Bu gün səhər saatlarında metronun “İçərişəhər” stansiyasında qatarın hərəkətində problem yaranıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, nəticədə ümumi hərəkətdə təxminən 10 dəqiqə ləngimə olub. Faktı “Report”a təsdiq edən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, həmin qatar depoya göndərilib: “Nasazlıq saat 07:43-də qatar stansiyada olarkən qeydə alınıb. Qısa müddətdə həmin qatar yenisi ilə əvəz olunub. Ümumi olaraq 10 dəqiqə ləngimə olsa da, bu qrafikə təsir etməyib. Hazırda qatarlar 2 dəqiqə intervalla hərəkət edir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh