Şirkət əməkdaşını öldürmək istəyən şəxsin cinayət işi məhkəməyə göndərilib

Gündəm 14 Fevral 2019 11:18 Oxunub 841
Şirkət əməkdaşını öldürmək istəyən şəxsin cinayət işi məhkəməyə göndərilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib

Bakıda şirkət əməkdaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Turan Kubuşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb. Qeyd edək ki, ötən il aprelin 25-də Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə rayon ərazisindəki MMC-lərin birinin qarşısında naməlum şəxsin qarət məqsədi ilə oranın xəzinədarı Tərxan Namazova bıçaqla xəsarətlər yetirərək şirkətə məxsus 20.000 manat pulu almağa cəhd göstərməsi, lakin səs-küy yarandığından istəyinə nail ola bilməyərək aradan çıxması barədə məlumat daxil olub. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Kubuşov saxlanılıb. O, T.Namazovaya 14 bıçaq zərbəsi vurub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh