Bakıda özünü başqasının əri kimi təqdim edərək pul istəyən şəxsin məhkəməsi başlayıb

Gündəm 14 Fevral 2019 12:25 Oxunub 813
Bakıda özünü başqasının əri kimi təqdim edərək pul istəyən şəxsin məhkəməsi başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Proses fevralın 27-də davam etdiriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Aydın Qurbanov, Mais Mirzəyev, Fərid Xudaverdiyev və Həmid Alməmmədovun cinayət işi üzrə məhkəmə başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Sabir Abdinov ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə həmin şəxslər özlərini qismən təqsirli bildiklərini deyiblər. Növbəti məhkəmə iclasında təqsirləndirilən şəxslər ifadə verəcəklər.

Proses fevralın 27-də davam etdiriləcək.

Qeyd edək ki, həmin şəxslər Bakı şəhər sakini Vüsal Məmmədovdan (ad, soy ad şərti) hədə-qorxu ilə pul tələb ediblər. Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini V.Məmmədov ötən il martın 25-də tanış olduğu bir qadının onu M.Qaşqay küçəsindəki evə qonaq çağırdığını bildirib. Onun sözlərinə görə, sonradan həmin evə gələn digər naməlum şəxslər özlərini həmin qadının əri və qohumları kimi təqdim edib, onu hədələyərək 5000 manat pul verməsini tələb ediblər. Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxslərdən biri olan H.Alməmmədov qısa müddətdə müəyyən edilərək polis tərəfindən saxlanılıb. Göyçay rayon sakini olan H.Alməmmədov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Daha sonra digər şəxslər də cinayət məsuliyyətinə cəlb edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh