Bülbül deportasiya edildi

Maraqlı 14 Fevral 2019 23:05 Oxunub 1888
Bülbül deportasiya edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə ölkədə zarafat mövzusu olub

Bülbül Avstriyadan öz ölkəsinə deportasiya edilib. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, İraqın Ərbil şəhərində Avstriyaya yola düşməkdə olan təyyarəyə 3 gün əvvəl girən bülbül, Vyana hava limanına çatar-çatma əməkdaşlar tərəfindən tutulub.

Quşu ölkəsinə deportasiya etmək qərarına gələn Avstriya, Ərbil hava limanına “Bülbül deportasiya edəcəyik” sözləri yazılan məktub göndərib.

Gəldiyi təyyarə ilə ölkəsinə deportasiya edilən İraqlı “bülbül”, ölkəsində zarafat mövzusu olub.

Ərbil hava limanının səlahiyyətli şəxsləri qəfəs içində ölkəsinə geri qayıdan quşu sərbəst buraxacaqlarını bildiriblər.

 

Namiq

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh