Bakıda narkotik vasitələr satan qohumlar saxlanılıblar

Gündəm 14 Fevral 2019 13:19 Oxunub 767
Bakıda narkotik vasitələr satan qohumlar saxlanılıblar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib

Binəqədi rayon Polis idarəsi Cinayət axtarış şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.

DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, cinayəti törətməkdə təqsirli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Sakit Mirzəyev saxlanılıb. Onun üzərinə baxış zamanı 11 büküm narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı həmin şəxsə narkotik maddəni satmaqda şübhəli bilinən, qohumu əvvəllər məhkum olunmuş paytaxt sakini Vahid Həsənov da tutularaq istintaqa təqdim edilib. Həmin şəxsin də üzərindən narkotik maddəə olan heroin aşkar edilərək maddi sübut kimi götürülüb.

Ekspertiza ilə məlum olub ki, S.Mirzəyevdən aşkar edilən narkotik vasitənin miqdarı 50 qram, V.Həsənovdan aşkar edilən narkotik vasitənin çəkisi isə 1 kiloqram 50 qramdır. Qeyd edək ki, V.Həsənovdan həmçinin bir ədəd elektron tərəzi də aşkar edilərək götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh