Mikroavtobus avtomobillə toqquşdu: 11-i şagird, 13 yaralı - FOTO

Avtosfer Foto 14 Fevral 2019 13:33 Oxunub 1642
Mikroavtobus avtomobillə toqquşdu: 11-i şagird, 13 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma zamanı avtomobil sürücüsünün sərxoş olduğu məlum olub

Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda şagirdləri daşıyan mikroavtobus avtomobillə toqquşub. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzada 11-i şagird olmaqla 13 nəfər xəsarət alıb.

Hadisə yerinə çox sayda təcili, polis və xilasetmə əməkdaşları cəlb olunub.

Yaralılar rayonun müxtəlif xəstəxanalarına aparılıblar. Onların səhətinin normal olduğu bildirilib.

Polisin apardığı araşdırma zamanı avtomobil sürücüsünün sərxoş olduğu məlum olub.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh