Hacıqabul sakinindən qanunsuz silah-sursat götürülüb - FOTO

Gündəm 14 Fevral 2019 14:43 Oxunub 976
Hacıqabul sakinindən qanunsuz silah-sursat götürülüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanılıb

Hacıqabul rayon sakinindən qanunsuz silah-sursat götürülüb.  Bu barədə DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a məlumat verilib. Belə ki, fevralın 13-də DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yol Nəqliyyatında Polis İdarəsi Yevlax xətt stansiyası polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayon sakini Əli Zülfüqarov qanunsuz silah-sursatla saxlanılıb. Onun üzərinə şəxsi baxış keçirilən zaman qanunsuz olaraq saxladığı 1 ədəd 7.62 kalibrli “Kalaşnikov” avtomatı, 2 ədəd sandıq və 7.62 kalibrli 60 ədəd döyüş patronları aşkar edilərək götürülüb.

Götürülmüş silah-sursat maddi sübut kimi ekspertizaya təqdim olunub.

Faktla bağlı cinayət işi başlanılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh