Rüşvətə görə həbs edilən polkovnikinin şikayəti əsasında məhkəmə başlayıb

Gündəm 14 Fevral 2019 14:49 Oxunub 1039
Rüşvətə görə həbs edilən polkovnikinin şikayəti əsasında məhkəmə başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin növbəti iclası fevralın 27-nə təyin edilib

Bakı Apellyasiya Məhkəməsində rüşvət almada təqsirləndirilən Dövlət Gömrük Komitəsinin (DKG) Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı N.İmanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası fevralın 27-nə təyin edilib.

Qeyd edək ki, DKG-nın yaydığı məlumata əsasən, Dövlət Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat pul müqabilində razılığa gələn N.İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan N.İmanov apellyasiya şikayəti verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh