Ötən il Bakıda 13 azyaşlı yol qəzasında dünyasını dəyişib

Gündəm 14 Fevral 2019 16:24 Oxunub 950
Ötən il Bakıda 13 azyaşlı yol qəzasında dünyasını dəyişib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş verən qəzalar nəticəsində 212 nəfər həlak olub, 529 nəfər müxtəlif xəsarətlər alıb

Ötən il Bakıda azyaşlılarla bağlı 50 yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. V.Əsədov bildirib ki, bu hadisələr nəticəsində 13 ölüm, 40 xəsarət baş verib. Onun sözlərinə görə, ötən illə müqayisədə 2 ölüm faktı artıb. Bölmə rəisi vurğulayıb ki, ümumilikdə 2018-ci il ərzində Bakıda 619 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar nəticəsində 212 nəfər həlak olub, 529 nəfər müxtəlif xəsarətlər alıb.

V.Əsədovun sözlərinə görə, piyadaların vurulması ümumi hadisələrin 62 faizini təşkil edir. Yol-nəqliyyat hadisələrinin digər səbəbləri sürət həddinin aşma, qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxma, ötmə, manevretmə və yolayrıcının keçmə qaydalarının pozulması olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh