400 min manatlıq dələduzluq edən şirkət rəhbərinə hökm oxunub

Gündəm 14 Fevral 2019 16:45 Oxunub 2387
400 min manatlıq dələduzluq edən şirkət rəhbərinə hökm oxunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cavid Umudlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Umudlu 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, C.Umudlu Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasından ev alan 30-dan çox şəxsə qarşı dələduzluq edib.

Həmin şəxslər ayrı-ayrı vaxtlarda Xırdalan şəhərində yerləşən ''Nursu Əmlak'' ofisinə gəliblər. Onlar həmin şirkətin müdiri C.Umudluya ödəniş etməklə müqavilə ilə ev alıblar. Ancaq sonradan məlum olub ki, həmin evlərin heç biri vətəndaşların adına deyil və ayrı şəxslərə satılıb. Nəticədə C.Umudlu vətəndaşların hamısına ümumilikdə 400 min manatdan çox ziyan vurub.

C.Umudlu əksər alıcını çağıraraq onların etibarından sui-istifadə edib və əmlak müqaviləsini borc müqaviləsinə çevirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh