Hacıqabulda icazəsiz ov edən əcnəbi saxlanıldı

Gündəm 14 Fevral 2019 19:26 Oxunub 686
Hacıqabulda icazəsiz ov edən əcnəbi saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib olunub

Hacıqabul rayonunun Pirsaat kəndi yaxınlığında icazəsiz ova cəhd edən əcnəbi vətəndaş saxlanılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, araşdırma zamanı təqsirkar şəxsin Birləşmiş Ərəb Əmirliyi vətəndaşı Al Oud Mubarak Al Kaam Saeed Alameri olduğu məlum olub. Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib olunub və ona inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh