Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncədə səfərdədir - FOTO

Gündəm 14 Fevral 2019 19:42 Oxunub 998
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncədə səfərdədir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mehriban Əliyeva Regional İnkişaf İctimai Birliyinin nümayəndələri ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncə şəhərinə gəliblər. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Birinci vitse-prezidentə son illərdə şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Mehriban Əliyeva Regional İnkişaf İctimai Birliyinin nümayəndələri ilə görüşüb.

.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh