Qubada ekskavator sürücüsünün çayda boğulması ilə bağlı YENİ XƏBƏR

Gündəm 14 Fevral 2019 21:15 Oxunub 1230
Qubada ekskavator sürücüsünün çayda boğulması ilə bağlı YENİ XƏBƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda V.Qasımovun axtarışları davam etdirilir

Qubada Vəlvələçay çayında aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində ekskavatorun operatoru Qasımov Vüqar Eyvaz oğlunun ölməsi ilə bağlı cinayət işi başlanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Quba rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, fevralın 7-də Qubanın Vəlvələ kəndi ərazisində Vəlvələçayda aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində nəqliyyat vasitəsinin operatoru Qasımov Vüqar Eyvaz oğlu Vəlvələçaya düşərək boğulub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib. Hazırda V.Qasımovun axtarışları davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh