NASA-nın səyləri nəticəsiz qaldı, kosmik aparatla vidalaşdı

Gündəm 15 Fevral 2019 23:43 Oxunub 1139
NASA-nın səyləri nəticəsiz qaldı, kosmik aparatla vidalaşdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu səbəbdən həmin kəşfiyyat vasitəsinin missiyasına son verilib

ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) 15 ildir  Marsın səthində kəşfiyyat aparan “Opportunity” zondunun araşdırma missiyasını başa vurduğunu açıqlayıb. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, 2018-ci ilin 10 iyun tarixində Marsdakı qum fırtınasında Yer kürəsi ilə əlaqəsi kəsilən “Opportunity” ilə yenidən əlaqə qurmaq üçün göstərilən səylərin nəticəsiz qalıb. Bu səbəbdən həmin kəşfiyyat vasitəsinin missiyasına son verilib. NASA-nın Elmi Missiyalar Departamentinin direktoru Tomas Zurbuhen “Opportunity”nin 15 illik kəşfiyyat fəaliyyəti sayəsində bəşəriyyətin ilk dəfə Marsın məlum olmayan tərəfləri haqqında məlumat əldə edildiyini, “qırmızı planet”də su izlərinin tapdıldığını və həyat ehtimalının dəyərləndirildiyini bildirib. Qeyd edək ki, “Opportunity” zondu 2012-ci ildə Marsa enən “Curiosity” və 2018-ci ildə endirilən seysmik tədqiqat vasitəsi “İnsight” kimi NASA-nın səthinin sonrakı kəşf missiyalarına zəmin hazırlamışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh