Yollarda ölüm saçan işıq dirəkləri: ekspertdən həyacan təbili - VİDEO

Avtosfer TV 15 Fevral 2019 10:11 Oxunub 2709
Yollarda ölüm saçan işıq dirəkləri: ekspertdən həyacan təbili - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərəkət təhlükəsizliyi çox şeylərə diqqət etməyi tələb edir

"2 gün əvvəl Z.Bünyadov pr-də baş vermiş bir qəza diqqətimi çəkdi, çünki yol hərəkəti təhlükəsizliyi ilə bağlı ciddi problemləri üzə çıxarır."
Avtosfer.az xəbər verir ki, bunu öz Facebook hesabında hüquqşqnas Ərşad Hüseynov yazıb.

O, bildirb ki, taksi prospektin ortasındakı işıq dirəyinə çırpılıb, özü də düz sərnişinin əyləşdiyi yerdən - sağ yandan. "Deformasiya dərəcəsinə əsasən demək olar ki, belə qəzada və bu avtomobildə sərnişinin sağ qalmaq şansı yoxdur. Təəssüf ki, belə də olub: sərnişin yerindəcə dünyasını dəyişib."

Ekspert hadisənin baş verməsində səbəb ola biləcək təhlükəsizliklə bağlı məsələləri açıqlayıb. Əsas problemin prospektin ortasında cəmi 40-50 sm-lik ayırıcı zolaqdakı sərt poladdan işıq dirəyi olduğunu qeyd edib. "Standarta əsasən isə ayırıcı zolağa belə dirək o halda qoyula bilər ki, onun eni minimum 5 metr olsun və çəpərləmə də olsun. Dirəyin belə "davamlılığı" da sual doğurur."

Qeyd edək ki, ekspertin fikirlərini güclü zərbədən sonra dirəyin boyasının azca sürtülməsi sübut edir.

Ərşad Hüseynov qeyd edir ki, qəzaya düşən avtomobil lizinq predmeti olan avtomobildir. "Həmin avtomobillərin çoxunun yollarda idarə olunması tərzi isə xüsusi araşdırma mövzusudur. Bunu aydınlaşdırmaq lazımdır ki, hansı səbəblər bu sürmə tərzini formalaşdırır: bəlkə kimsə onları himayə edir, dözülməz planları, borcları, faizləri və s. var? Axı faktiki olaraq lizinq şikətlərii və banklar üçün işləyən, sonda isə özlərinə heç nə qalmayan (borc başa çatanadək bu avtomobillərin çoxu yarasız olur) bu sürücülər niyə belə edirlər?"

Sonda ekspert sürücüləri diqqətli olmağa çağırıb: "Arzuladığımız hərəkət təhlükəsizliyi çox şeylərə diqqət etməyi və ən başlıcası nəticə çıxarmağı tələb edir."

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh