Yol-nəqliyyat hadisəsinə görə şahzadə Filippə qarşı ittiham irəli sürülməyəcək

Gündəm 15 Fevral 2019 10:39 Oxunub 623
Yol-nəqliyyat hadisəsinə görə şahzadə Filippə qarşı ittiham irəli sürülməyəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bukingem sarayı şahzadə Filippin sürücülük vəsiqəsini geri qaytarmaq qərarına gəldiyini bildirib

Britaniya prokurorluğu yol-nəqliyyat hadisəsinə görə Böyük Britaniya və Şimali İrlandiya Kraliçası II Elizabetin həyat yoldaşı şahzadə Filippə qarşı ittiham irəli sürülməyəcək.

Avropa.info xəbər verir ki, prokurorlar məsuliyyət dərəcəsi, sürücünün yaşı və sürücülük vəsiqəsini qaytarması faktı da daxil olmaqla, hadisənin materiallarını araşdıraraq məhkəmənin ictimai maraqlara cavab verməyəcəyi qənaətinə gəliblər.

Prokurorluğun bəyanatında deyilir ki, əgər hadisədə yeni təfərrüatlar meydana çıxsa, qərar dəyişdirilə bilər.

Yanvarın 17-də 97 yaşlı şahzadə Filippin idarə etdiyi avtomobil Sandrinqem kral malikanəsi yaxınlığında digər avtomobillə toqquşub. Şahzadənin maşını aşsa da, onun özü xəsarət almayıb. Digər avtomobilin sürücüsü və sərnişini isə yüngül yaralanıb.

Fevralın 10-da Bukingem sarayı şahzadə Filippin sürücülük vəsiqəsini geri qaytarmaq qərarına gəldiyini bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh