Qəbələ və İsmayıllı sakinlərindən ov silahları götürülüb

Gündəm 15 Fevral 2019 11:08 Oxunub 2474
Qəbələ və İsmayıllı sakinlərindən ov silahları götürülüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktlarla bağlı araşdırma aparılır

Qəbələ və İsmayıllı sakinlərindən ov silahları götürülüb. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Göytəpə kənd sakini Ədalət Mustafayevdən müvafiq sənədləri olmayan “TOZ 63” markalı, qoşalüləli ov tüfəngi götürülüb.

Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən isə rayonun Nic qəsəbə sakini Jora Muradaridən də qanunsuz saxladığı “TOZ” markalı, təklülə tüfəng aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh