8 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Gündəm 15 Fevral 2019 11:16 Oxunub 743
8 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktlarla bağlı cinayət işləri başlanılıb

Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər. DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, ötən gün səkkiz kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Fevralın 14-də bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 8 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 1,1 kiloqramdan artıq heroin, 6,7 kiloqramdan çox marixuana, həmçinin 150 ədəd çətənə kolu götürülərək qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh