Ekspertdən cərimələrin ödənilməsi ilə bağlı maraqlı təklif - Sərhəddə ödəməli olacaqlar

Yazarlar 15 Fevral 2019 11:35 Oxunub 2310
Ekspertdən cərimələrin ödənilməsi ilə bağlı maraqlı təklif - Sərhəddə ödəməli olacaqlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquqşünas Ərşad Hüseynov maraqlı təkliflə çıxış edib

"Gürcüstandan və başqa ölkələrdən müvəqqəti gələn avtomobillərlə qayda pozulmasına görə cərimələrin ödənilməsi ilə bağlı maraqlı fikirlərə rast gəldim. Belə bir problemin olmasını illərdir ki, qeyd edirik, özü də təkcə avtomobil nömrəsi ilə bağlı deyil, həm də xarici ölkələrin sürücülük vəsiqələri ilə bağlı bu problem var". Avtosfer.az xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində yazıb. O, qeyd edib ki, problemin həlli isə xırda hüquqi və IT işi tələb edir. "Bunun üçün DYP-nin mərkəzi informasiya sisteminin DGK, DSX və Miqrasiya Xidməti ilə inteqrasiyası təmin edilməlidir. Həmin qurumların üzərinə qanunvericiliklə vəzifə qoyulmalıdır ki, xaricdən daxil olan bütün avtomobillərin qeydiyyat nişanını və ona dair başqa zəruri məlumatları, sürücünün isə vəsiqəsi və ölkədə qeydiyyata düşəcəyi ünvanı elektron bazaya daxil etsinlər. Bundan sonra həmin avtomobillər və onların sürücüləri də bizim kimi DYP-nin mərkəzi informasiya sistemində görünəcəklər. Onlar da elektron və ya adi qərarla məsuliyyətə cəlb oluna biləcəklər. Xaricə döndükdə isə sərhəddə bütün cərimələri dərhal görünəcək və ödənilməsi tələb olunacaq" - deyə hüquqşünas əlavə edib.

Onun sözlərinə görə, öz ölkəsində nömrəsi dəyişilmiş avtomobilin təkrar Azərbaycana gələrkən ban nömrəsi ilə yoxlanılması indi praktiki olaraq çox qəlizdir, çünki həmin məlumat DGK-da var, DYP-də yoxdur.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh