Nazirlik xidməti avtomobillərdən imtina etdi

Gündəm 15 Fevral 2019 22:54 Oxunub 2105
Nazirlik xidməti avtomobillərdən imtina etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu da əməkdaşların əmək haqqlarının artırılmasına imkan yaradacaq

Qazaxıstanın maliyyə naziri bütün rayon şöbələrində xidməti avtomobillərdən imtina edib. Avtosfer.az sputnik-ə istinadən xəbər verir ki, bu, 400-dən çox avtomobil deməkdir. Sahə bütünlüklə optimallaşdırılır. Bu və digər tədbirlər 9,5 milyon dolların qənaət edilməsinə yardım edib. Bu da əməkdaşların əmək haqqlarının artırılmasına imkan yaradacaq. Bu gün Qazaxıstanda sıravi dövlət işçisi orta hesabla 200 dollar əmək haqqı alır. "Bu il biz rayon şöbələrində xidməti maşınlardan imtina etdik. Bu da 400-dən çox avtomobil deməkdir. Görülən tədbirlər 3,5 milyard təngə büdcə vəsaitinin qənaəti deməkdir. Bu da nazirlik və komitələrin əməkdaşlarının əmək haqqının artırılmasına yönələnəcək" - deyə Qazaxıstan maliyyə naziri Əlixan Smayılov bildirib. Nazirin sözlərinə görə, yardımçı xidmətlərin optimallaşdırılması üzrə işlər davam etdiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh