Bakıda çörək sexinin sahibini öldürən fəhləyə hökm oxunub

Gündəm 15 Fevral 2019 13:41 Oxunub 761
Bakıda çörək sexinin sahibini öldürən fəhləyə hökm oxunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İsmayıl Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi Bakı şəhəri NZS qəsəbəsində baş verib. Çörək sexində çalışan İ.Cəfərov sexin sahibi Elmar Qasımovu mübahisə zəminində bıçaqlayıb. Nəticədə E.Qasımov ölüb. Hadisədən sonra İ.Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh