İki sürücünün mübahisəsi kütləvi davaya səbəb oldu - VİDEO

Avtosfer TV 15 Fevral 2019 14:36 Oxunub 1455
İki sürücünün mübahisəsi kütləvi davaya səbəb oldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş verən hadisəyə ətrafdakı insanların müdaxiləsi nəticəsində sona çatıb

Türkiyənin Mersin vilayətində 2 sürücü arasında yol vermə üstündə baş verən mübahisə əlbəyaxa davaya çevrilib. Avtosfer.az yazır ki, şəhər mərkəzində sərnişindaşıma ilə məşğul olan avtobus sürücüsü aralarında yol vermə səbəbindən avtomobil sürücüsü ilə mübahisə edib.

İki sürücü nəqliyyat vasitələrindən enərək mübahisəyə yolun ortasında davam ediblər.

Lakin qısa müddət ərzində mübahisə əlbəyaxa davaya çevrilib.

Əlbəyaxa davaya digər sürücülərin də qoşulması ilə daha da böyüyüb.

Tərəflərin əlbəyaxa dava görüntülərini bir sərnişin tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb.

Baş verən hadisəyə ətrafdakı insanların müdaxiləsi nəticəsində sona çatıb.

Avtosfer.az DHA-ya istinadən həmin videonu təqdim edir:

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh