Prokurorluq bəraət alan şəxslə bağlı məhkəməyə müraciət edib

Gündəm 15 Fevral 2019 22:35 Oxunub 875
Prokurorluq bəraət alan şəxslə bağlı məhkəməyə müraciət edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şikayət hazırda Sumqayıt Apellyasiya Məhkəməsində araşdırılır

Prokurorluq Ukraynadan avtomobil yağı və antifirist gətirmək adı ilə, ümumlikdə, yarım milyon manat dələduzluq etməkdə təqsirləndirilən Firdovsi Səfərovun barəsində olan bəraət hökmündən apellyasiya şikayəti verib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edən prokurorluq birinci instansiya məhkəməsinin çıxardığı hökmünün ləğv edilməsini istəyir.

Şikayət hazırda Sumqayıt Apellyasiya Məhkəməsində araşdırılır.

Həmçinin zərərçəkmiş tərəf də apellyasiya şikayəti verib. O, ona dəymiş ziyanın ödənilməsini tələb edir.

Qeyd edək ki, F.Səfərov bir neçə tanışına Ukraynadan avtomobillərin istifadəsi üçün yağ və antifirist gətirəcəyini vəd verib. Amma vədinə əməl etməyərək onlara qarşı külli miqdarda dələduzluq edib.

İş üzrə ondan çox zərərçəkən var. Dəymiş ümumi ziyan yarım milyon manata yaxındır.

F.Səfərov isə özünü təqsirli bilmir və iş üzrə zərərçəkmiş Elmar Səmədovun ona qarşı tələ qurduğunu deyir.

Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsində bəraət hökmü çıxarıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh