Qaradağda anasını döyərək öldürən şəxsə hökm oxunub

Gündəm 15 Fevral 2019 16:15 Oxunub 1555
Qaradağda anasını döyərək öldürən şəxsə hökm oxunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını döyə-döyə öldürməkdə təqsirli bilinən Cəmil İslamovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. O, məhkəmənin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il fevralın 25-də Qaradağ rayonunun Ələt qəsəbəsində baş verib. Qəsəbədə yaşayan Cəmil İslamov münaqişə zəminində anası Zərnişan Allahverən qızı İslamovanı döyüb. Aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş Z.İslamova fevralın 26-da orada ölüb.

C.İslamova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adamöldürmə) maddəsi ilə ittiham verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh