Abşeronda qətl törədən şəxsin məhkəməsi başlayıb

Gündəm 15 Fevral 2019 22:24 Oxunub 690
Abşeronda qətl törədən şəxsin məhkəməsi başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin baxış iclası fevralın 25-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Fəxri Şahbazlının cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il iyulun 18-də Abşeron rayonu Hökməli kəndi ərazisindəki "At yalı" yaşayış massivində baş verib. Firma işçiləri olan F.Şahbazlı və digər iş yoldaşları su filtri satıb evə qayıtmağa hazırlaşdıqları vaxt ərazidə yaşayan bir neçə gənc onlara yaxınlaşaraq söz atıb. Həmin gənclərin firma işçiləri olan qadınlara söz atması isə kütləvi davaya səbəb olub.

Hadisə zamanı firma işçisi, Bakı şəhər sakini, 27 yaşlı F.Şahbazlı avtomobillərində olan deşici alətlə 24 yaşlı Fərid Qurbanovu vurub. F.Qurbanov çoxlu qan itirdiyi üçün xəstəxanada dünyasını dəyişib. Cinayəti törədən şəxs isə saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh